×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qol saatı və içərisində 2000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eldəniz Muradov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-10-10 12:05:00