Kəlbəcər və Daşkəsəndə yeni aşkarlanan minalar zərərsizləşdirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad olunmuş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO
Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO