×
A
A
A
Sazlamalar

DİN: Həftə sonu avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

 

 

Hadisə 2022-10-10 10:40:00