×
A
A
A
Sazlamalar

Üçüncü rübdə 17 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən sentyabr ayında yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 17 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 31 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 17 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Energetika 2022-10-08 12:15:00