On beş günə yığılan orijinal ev VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Qeyri-adi, 75 kvadratmetrlik FabLab evi İspaniyanın Memarlıq İnstitutu tərəfindən yaradılıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 15 gün ərzində yığıla bilən evin hazırlanmasında əsas etibarı ilə faner və ağac materialdan istifadə edilib.
Orijinal formaya malik FabLab dörd nəfər üçün nəzərdə tutulub. Üstündə yağış anbarı və temperatur nəzarət cihazı olan ev özünü elektrik enerjisi ilə tam təmin edir, artıq enerji isə buludlu günlər üçün yığılır.
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib