×
A
A
A
Sazlamalar

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Muxtar respublikada ikinci dəfə Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üçün müsabiqənin müsahibə mərhələsinin keçirilməsi üçün müvafiq komissiya yaradılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə komissiyasının tərkibi nazirlikdən 1, mərkəzdən 1, mədəniyyət sahəsi üzrə mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarətdir. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılıb.
Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri nazirliyə təqdim edilib.
Müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 141 namizəd 131-i imtahanda iştirak edib. Onlardan 63 namizəd keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 61 namizəddən 49-u uğur qazanıb.

Regionlar 2022-10-07 18:38:00