Energetika naziri Gürcüstana səfər edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir