×
A
A
A
Sazlamalar

Avropa Parlamenti Ukraynaya hərbi yardımı artırmağa çağırıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Avropa Parlamenti Aİ ölkələrini və digər dövlətləri Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmağa çağıran qətnamə qəbul edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 24 deputat səs verib, 36 nəfər isə bitərəf qalıb. “Tərəddüddə qalan üzv dövlətlər lazımi hərbi yardıma öz ədalətli payını verməlidir”, - sənəddə belə deyilir. Qətnamədə, həmçinin “Şimal axını” boru kəmərlərində təxribatla əlaqədar Avropa İttifaqının mühüm infrastrukturlarının mühafizəsinin zəruriliyi qeyd olunur.
Avropalı deputatların fikrincə, “partlayışlar Rusiya mədən yanacağından asılılığın artırılması siyasətinin nə qədər təhlükəli olduğunu göstərir”. Sənəd üzv-dövlətləri ən kritik Avropa infrastrukturlarının müdafiəsinə prioritet qismində baxmağa və onların xarici hücumlara dayanıqlığını yüksəltməyə çağırır.

 

Dünya 2022-10-06 17:44:00