×
A
A
A
Sazlamalar

Neft laylarının tarixinin uyğunlaşdırılması problemini təkmilləşdirmək üçün model işlənilib

Bakı, 6 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Dərin neyron şəbəkələrindən istifadə edərək neft laylarının tarixi uyğunluğu” (“History matching of petroleum reservoirs using deep neural networks”, DOI: https://doi.org/10.1016/j.iswa.2022.200128) adlı məqalə nüfuzlu “Intelligent Systems with Applications” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.
SOCAR qrant layihəsi çərçivəsində hazırlanmış məqalədə neft laylarının tarixinin uyğunlaşdırılması problemini təkmilləşdirmək üçün dərin təlimi modeli işlənilib. Nəticələr göstərir ki, təklif olunan model neft yataqlarının mürəkkəb geoloji xüsusiyyətlərini səmərəli şəkildə öyrənməyə imkan verir və layların modelləşdirilməsi üçün ekspert sistemlərində istifadə edilə bilər.
Qeyd edək ki, “Intelligent Systems with Applications” jurnalı “Scopus” və “DOAJ” beynəlxalq elmi bazalarında indeksləşir.

Elm və təhsil 2022-10-06 16:55:00