×
A
A
A
Sazlamalar

Elektron kitabxanalarda hibrid buludlardan istifadə imkanları araşdırılır

Bakı, 6 oktyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin elektron kitabxanalarda hibrid buludlardan istifadə imkanlarına həsr olunmuş onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbənin əməkdaşı Dilbər Əlizadə “Elektron kitabxanalarda hibrid buludlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, elektron kitabxanalarda hibrid buludlarda iştirak edən şəxsi və ictimai buludları birləşdirmək üçün təhlükəsiz, davamlı və xərcsiz VPN-dən (məsələn, WireGuard) istifadə olunur. Hibrid buludların həyata keçirilməsi üçün möhkəm, avtomatlaşdırılmış, təhlükəsiz, sərfəli əlaqə və bulud infrastrukturunun təmin edilməsi zəruridir. Bulud əsaslı elektron kitabxana quran zaman burada hibrid buludlardan istifadə ən optimal variantdır.
Sonda şöbə müdiri Mədinə Səidova çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşüb, elektron kitabxanalarda hibrid buludlardan istifadə ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tövsiyələr verib.

Elm və təhsil 2022-10-06 16:50:00