×
A
A
A
Sazlamalar

BDU NASA-nın Azərbaycanda rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi oldu

Bakı, 6 oktyabr, AZƏRTAC

Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) təşkil olunmuş Yupiter və Saturn planetlərinin müşahidə gecəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla BDU NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Hazırda NASA-nın dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur, onlardan 5-i Azərbaycanda yerləşir. Müşahidə nöqtələri haqqında daha ətraflı məlumatı linkdə yerləşən xəritədən əldə etmək olar.
Oktyabrın 1-dən etibarən NASA tərəfindən keçirilən bütün müşahidə tədbirlərinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunması nəzərdə tutulub. Bu tədbirlərə Beynəlxalq Ayın Müşahidə Gecəsi, Günəş tutulması və s. daxildir.

Elm və təhsil 2022-10-06 16:40:00