×
A
A
A
Sazlamalar

Niderland jurnalı bu ölkədə yaşayan Azərbaycan əsilli qadınlarla müsahibələr dərc edib

Rotterdam, 6 oktyabr, AZƏRTAC

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyası ilə əməkdaşlıq edən “For You” jurnalı bu ölkədə yaşayan Azərbaycan əsilli qadınlarla müsahibələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “For You” jurnalında Xatirə Sərdarqızının 28 il sonra anadan olduğu Şuşaya qayıdışı haqqında çəkdiyi “28” filmi və Şuşada itirdiyi uşaqlıq xatirələri, Təranə Zamanovanın Azərbaycan ailələrində uşaq tərbiyəsinə dair, Nahidə Bayramovanın Azərbaycan çay mədəniyyəti haqqında müsahibələri oxuculara çatdırılıb.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın Azərbaycan milli geyimləri haqqında geniş məqaləsi də böyük maraqla qarşılanıb.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam

Mədəniyyət 2022-10-06 16:19:00