×
A
A
A
Sazlamalar

KİV: Eurowings pilotlarının tətili 30 min sərnişinin planlarını pozub

Bakı, 6 oktyabr, AZƏRTAC

Lufthansa aviadaşıyıcının törəmə şirkəti olan Eurowings kompaniyasının pilotlarının tətili 30 min sərnişinin planlarını pozub.
AZƏRTAC xəbər verir ki, bu barədə FOCUS Online portalı məlumat yayıb. Məlumata görə, 24 saatlıq tətil pilotların və təyyarə bələdçilərinin Vereinigung Cockpit həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir. Təşkilatçılar əmək şəraitinin istirahət saatlarının artırılması hesabına yaxşılaşdırılmasına nail olmaq istəyirlər.
Tətil ən çox Almaniya aeroportlarına toxunub. Düsseldorfda 118, Köln və Bonn hava limanlarında 61 reys ləğv olunub.
Eurowings aviakompaniyası sutka ərzində orta hesabla 500 uçuş həyata keçirir, 50 mindən 70 minədək sərnişin daşıyır. Oktyabrın 6-da gün ərzində hər iki reysdən birinin ləğv olunacağı gözlənilir.

Dünya 2022-10-06 16:14:00