×
A
A
A
Sazlamalar

DİM-də biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərslikləri təhlil olunub.
2023-cü ildə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşrlərindən istifadə ediblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Elm və təhsil 2022-10-06 16:06:00