×
A
A
A
Sazlamalar

Şuşada məscidlərin bərpasında Türkiyə və İtaliyadan olan ekspertlər də iştirak edirlər

Bakı, 6 oktyabr, AZƏRTAC

Şuşada məscidlərin bərpasında Türkiyə və İtaliyadan olan ekspertlər də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi Şamil Əzizov məlumat verib.
O bildirib ki, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti ilə bərpa olunur.

Mədəniyyət 2022-10-06 16:05:00