×
A
A
A
Sazlamalar

GDU-da “AzMUN” proqramı çərçivəsində məlumat sessiyası keçirilib

Gəncə, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) “AZMUN – ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində məlumat sessiyası təşkil olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, GDU Tələbə Gənclər Təşkilatının keçirdiyi tədbirdə tələbələrə BMT Modeli klubları haqqında məlumat verilib. Tədbirə onlayn qatılan “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə qeyd edib ki, bu cür klubların yaradılmasında əsas məqsəd gənclərimizin potensialını üzə çıxarmaqdır.
Eyni zamanda, BMT Modeli konfranslarında iştirak etməyin tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqlarını qazandırmaqda əhəmiyyətə malik olduğu vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-10-06 15:50:00