×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı kitabların təqdimatı keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.
Hər iki kitab Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən çap edilib.
Akademiyanın müəllim və tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Ç.İbrahimov çıxış edib. O, Dayanıqlı İnkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər, AHİK-in dövlət sisteminin həyatında və vətəndaş cəmiyyətinin qurulmasında iştirakı, sosial dialoqun təşkili haqqında iclas iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri Y.Quliyev çıxış edərək tədbir iştirakçılarına həmkarlar ittifaqı Komitəsinin fəaliyyəti haqqında məlumat verib.
İclasın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Cəmiyyət 2022-10-06 15:48:00