×
A
A
A
Sazlamalar

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi (İK) "Qarabağ" və "Neftçi" klubunu 4000 manat məbləğində cərimələyib.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, buna hər iki komanda azarkeşlərinin VIII turda Azərbaycan derbisində təhqiramiz ifadələr işlətməsi səbəb olub.
İK "Səbail"in futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza verib. 26 yaşlı müdafiəçi "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Dənizçilər" bunun üçün 200 manat ödəyəcək.
"Sumqayıt"a 1600 manat məbləğində cərimə kəsilib. "Gənclik şəhəri" təmsilçisinin fanatları "Kəpəz"lə qolsuz heç-heçə etdikləri matçda meydana kənar əşyalar atıb. Gəncə klubu isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

 

İdman 2022-10-06 14:41:00