Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.
Təlim oktyabrın 14-dək davam edəcək.
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub