×
A
A
A
Sazlamalar

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Beynəlxalq Müəllimlər Gününün ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb, ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. İstənilən cəmiyyətin formalaşmasında və layiqli vətəndaşın yetişməsində müəllimlərin əvəzsiz xidmətlərinin olduğu diqqətə çatdırılıb.
Sonra təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti fəxri fərmanlarla təltif olunublar.
Sonda tədbir iştirakçılarına bədii kompozisiya təqdim edilib.

 

 

 

Ordu 2022-10-05 18:50:00