×
A
A
A
Sazlamalar

“Biləv” SES-də 21,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

“Biləv” Su Elektrik Stansiyası (SES) cari ilin 9 ayında 21,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gücü 22 meqavat olan stansiyada fəaliyyətə başladığı gündən cari il oktyabrın 1-dək 520,9 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Gilançay üzərində tikilən “Biləv” SES 2010-cu il oktyabrın 5-də istismara verilib.

Energetika 2022-10-05 15:27:00