×
A
A
A
Sazlamalar

Bakı-İstanbul reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

Bakı, 5 oktyabr, AZƏRTAC

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

Nəqliyyat 2022-10-05 13:44:00