×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda restorandan oğurluq edən şəxslər tutulublar

Bakı, 5 oktyabr, AZƏRTAC

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki fəaliyyət göstərməyən restorandan 35 min manat dəyərində iki ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində
oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Hadisə 2022-10-05 12:14:00