×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda iki avtomobil qaçırılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Hər iki faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-10-05 11:52:00