×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Hadisə 2022-10-05 11:40:00