×
A
A
A
Sazlamalar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi “Karyera Mərkəzi” ilə əməkdaşlığa başlayıb

Qəbələ, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yanında fəaliyyət göstərən “Karyera Mərkəzi” ilə əməkdaşlığa başlayıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM-in Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov məlumat verib.
Əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, birgə görüləcək işlər barəsində müzakirələr aparılıb. Görüşün nəticəsi olaraq, uzunmüddətli təlim proqramlarının, tədbirlər və layihələrin təşkil edilməsi qərara alınıb.
Nümayəndəliyin direktoru bildirib ki, əməkdaşlıq çərçivəsində gənclər şəxsi inkişafyönümlü bacarıqlarını inkişaf etdirə, karyera qurmaq üçün ilkin biliklərə yiyələnə və asudə vaxtlarını səmərəli keçirə bilərlər.
Teymur Alşanovun sözlərinə görə, proqram daxilində təşkil ediləcək təlimlərə digər regionlardan da təlimçilər dəvət olunacaq.

Regionlar 2022-10-04 17:20:00