Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur
Bakı, 4 oktyabr, AZƏRTAC
Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, RİNN yanında Elektron Təhlükəsizlik Xidməti də “Kiber təhlükənin fərqindəyəm” şüarı ilə silsilə maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur.
Həmçinin Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE, #CyberSecMonth2022 həştəqlərindən istifadə edərək kampaniyaya qoşulmağa çağırır.
Azərbaycanda yüksək ixtisaslı kadrlar yetişdirən Kibertəhlükəsizlik Mərkəzi yaradılıb
® "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb