×
A
A
A
Sazlamalar

Xırdalanda oğurluq edən şəxs saxlanılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Mercedes” markalı bir avtomobildən 70 manat məbləğində pul və 400 ABŞ dolları, “Opel” markalı digər avtomobildən isə 1935 manat dəyərində 202 ədəd eynək oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-10-04 14:51:00