×
A
A
A
Sazlamalar

Azərbaycan diasporu Helsinkidə məlumatlandırıcı aksiya təşkil edib

Bakı, 4 oktyabr, AZƏRTAC

Finlandiyanın paytaxtı Helsinkidə təcavüzkar Ermənistanın ölkəmizin sərhədində törətdiyi son təxribatlarla əlaqədar məlumatlandırıcı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Helsinki mərkəzi vağzalının (rautatieasema) və Tuomiokirkko kilsəsinin önündə baş tutan aksiyalar Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova tərəfindən təşkil olunub.
Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Ermənistan, vasitəçiliyi qəbul et və sərhədləri tanı!”, “Ermənistan, regiondakı kommunikasiyaları bərpa et!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.
Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi silahlı təxribatlar barədə məlumat verilib.

 

 

Diaspor 2022-10-04 11:14:00