Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
Bakıda NATO-nun təlim kursu keçirilir
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib
Ombudsman Aparatının nümayəndələri “N” saylı hərbi hissədə olublar