×
A
A
A
Sazlamalar

“Bənövşəyi xətt”in stansiyalarının girişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Hərəkətin təşkili üzrə işlərin birinci mərhələsi tamamlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC
“Bənövşəyi xətt”in “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyətlər qoyulmuşdu.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb. Sərnişinlər adi iş rejimi qaydasında “Bənövşəyi xətt”in stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları saat 24:00-a qədər sərnişinlərin girişinə açıqdır.

Nəqliyyat 2022-10-03 19:40:00