×
A
A
A
Sazlamalar

Tərtər sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Abonentlərin qarşılaşdığı problemlərin həlli məqsədilə “Azəriqaz” İB-nin Azərbaycanı rayonbarayon gəzən səyyar qəbul otağı həftənin ilk iş günündə Tərtərdə qurulub.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyaya ümumilikdə 14 müraciət daxil olub.
Sakinlərdən 5-i fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı ünvanlanan müraciətlərin sayı 4 olub. Müraciətlər siyahısında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin qoyulması kimi istəklər yer alıb.
Hər bir müraciət Birliyin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

 

Regionlar 2022-10-03 18:29:00