×
A
A
A
Sazlamalar

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə məktəbəhazırlıq qruplarında 6045 uşaq tədrisə başlayıb

Şəki, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2022-2023-cü dərs ili üzrə ilk məşğələlərə start verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, Şəki şəhəri üzrə 1833, Qax rayonu üzrə 409, Zaqatala rayonu üzrə 1147, Balakən rayonu üzrə 941, Oğuz rayonu üzrə 447, Qəbələ rayonu üzrə isə 1268 uşaq olmaqla, ümumilikdə region üzrə 6045 uşaq məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.

 

 

Regionlar 2022-10-03 17:04:00