Hövsanda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Hövsan qəsəbəsindəki evlərin birindən 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb