×
A
A
A
Sazlamalar

Böyük Britaniyada artan yaşayış xərcləri səbəbindən bir çox şəhərlərdə etiraz aksiyası keçirilib VİDEO

London, 3 oktyabr, AZƏRTAC

Böyük Britaniyada artan yaşayış xərcləri səbəbindən bir çox şəhərlərdə etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, London ,Birminhem, Qlazqo və Belfast kimi şəhərlərdə keçirilən mitinqlərə minlərlə vətəndaş qatılıb.
Etirazlar yaşayış xərclərinin artması, qaz və elektrik qiymətləri və qeyri-adekvat maaş artımları səbəbində keçirilib.
Etirazçılar hökumətdən lazımi tədbirlərin görülməsini tələb edib.
Mitinqlərin keçirildiyi şəhərlərdə tıxaclar yaranıb, körpülər nümayişçilər tərəfindən bağlanıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London 

Dünya 2022-10-03 06:28:00

Video