×
A
A
A
Sazlamalar

Gürcüstan dağlarında üç alpinist həlak olub

Tbilisi,3 oktyabr, AZƏRTAC
Gürcüstanın Svaneti dağlarında itkin düşmüş üç alpinistin axtarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, helikopter və xüsusi xilasetmə xidmətinin axtarışları nəticəsində alpinistlərin cəsədləri tapılıb. Onlar Tetnuldi yüksəkliyində ölüblər.
Həlak olan alpinistlərin cəsədləri Mestiya bələdiyyəsinin müvafiq qurumuna təhvil verilib.
Qeyd edək ki, dəniz səviyyəsindən 4858 metr yüksəklikdə yerləşən Tetnuldi yüksəkliyi ilin bütün dövrlərində qarla örtülü olur. Bu yüksəkliyə yalnız ən təcrübəli alpinistlərin qalxmasına icazə verilir.
Hər üç alpinist Baltikyanı ölkələrdən gəlib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-10-03 02:41:00