×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Sabah” ikinci pilləyə yüksəlib. Meydan sahibləri 2 xalla 10-cu sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Kəpəz”lə üz-üzə gəlib. Turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Səbail”i 2:1, “Zirə” “Turan Tovuz”u 3:1, “Qarabağ” isə evdə “Neftçi”ni 3:1 hesabı ilə üstələyib.

İdman 2022-10-02 21:47:00