×
A
A
A
Sazlamalar

Bağdadda keçirilən etiraz aksiyasında azı 86 nəfər xəsarət alıb

Bakı, 2 oktyabr, AZƏRTAC

İraqın paytaxtı Bağdadda Tahrir meydanında keçirilən etiraz aksiyası zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib.
AZƏTAC xarici KİV-ə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində azı 86 nəfər xəsarət alıb. Xəsarət alanların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Bildirilir ki, təhlükəsizlik qüvvələrinə molotov kokteyli və ov tüfəngləri ilə hücum edilib, 38 etirazçı isə rezin güllələrdən yaralanıb.

Dünya 2022-10-02 11:54:00