×
A
A
A
Sazlamalar

Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Bakı, 2 oktyabr, AZƏRTAC

Meksikanın Körfəz sahilindəki Tabasko əyalətində Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat helikopteri qəzaya uğrayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib ki, “Eurocopter” helikopteri havadan müşahidə patrulu zamanı qəzaya uğrayıb. Qəzanın səbəbi araşdırılır.

Dünya 2022-10-02 01:33:00