×
A
A
A
Sazlamalar

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi “Möcüzəli su” respublika sosial foto-kollaj müsabiqəsi elan edir

Bakı, 1 oktyabr, AZƏRTAC
Son illər su resurslarına ehtiyacda artım müşahidə olunur. Bu səbəbdən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi suyun mühafizəsini təşviq etmək üçün “Möcüzəli su” respublika sosial foto-kollaj müsabiqəsinə start verib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün 6-17 yaş arası məktəblilər suyun uşaqlar və cəmiyyət üçün vacibliyini, su hövzələrinin plastik və digər zərərli tullantılarla çirklənməsinin canlılar üçün yaradacağı təhlükəni və bunun qarşısını almaq yollarını göstərən foto-kollaj çəkməlidir. Göndərilən fotoşəkillər iki şəkildən ibarət kollaj formatında olmalı, müəllifin “obyektivindən” iki vəziyyət əks etdirilməlidir: canlı su və cansız (çirklənmiş) su.
Müsabiqədə respublikada yaşayan 6-11, 12-17 yaş qruplarında bütün ibtidai və orta məktəb şagirdləri iştirak edə bilər.
Şərtlər və qaydalar barədə daha ətraflı məlumat üçün linkə daxil olmaq lazımdır.

Elm və təhsil 2022-10-01 19:11:00