×
A
A
A
Sazlamalar

Daşkəsəndə prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

Daşkəsən, 1 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü Daşkəsəndə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, o cümlədən prokurorluğun əməkdaşları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İcra başçısı Əhəd Abıyev başda respublikanın Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən rayon prokuroru ədliyyə müşaviri Şahin İmanovu və kollektivini prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə təbrik edib, onlara qanunun aliliyinin təmin edilməsi naminə göstərdikləri çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Regionlar 2022-10-01 18:39:00