×
A
A
A
Sazlamalar

UNESCO tərəfindən qorunan ən böyük şirin su ekosistemi - Pantanal qoruğu

Bakı, 1 oktyabr, AZƏRTAC

Dünyada UNESCO tərəfindən qorunan ən böyük şirin su ekosistemlərindən biri də Braziliyanın Pantanal qoruq ərazisidir.
AZƏRTAC xəbər verir ki, Pantanal ərazisi dörd qoruğu özündə birləşdirir. Buraya Pantanal Milli Parkı, ümumi sahəsi 187 min 818 hektar olan Akurizal, Penha və Doroçe qoruqları daxildir.
Bölgənin iki böyük çay sistemi olan Kuyaba və Paraqvay çayları burada yerləşir və onun bitki örtüyü, eləcə də heyvanlar aləminin bolluğu, müxtəlifliyi heyrətamizdir.
Ərazi eyni zamanda nadir bəbir növlərini, armadillo, qarışqa yeyən, su samuru, maral və ən böyük tutuquşu növü də daxil olmaqla, nəsli kəsilməkdə olan çoxsaylı heyvan növlərini mühafizə edir. Burada olan bitkilərin sayı da diqqətəlayiqdir.
Qeyd edək ki, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Pantanal qoruq ərazisi bioloji müxtəlifliyin qorunması üçün son dərəcə vacibdir. Bu ərazi özünəməxsus, zəngin flora və faunası ilə seçilir.

Mədəniyyət 2022-10-01 18:34:00