×
A
A
A
Sazlamalar

"Oxbridge Academy" məktəbinin bir qrup şagirdi Qobustan qoruğunda ağacəkmə aksiyasında iştirak edib

Bakı, 1 oktyabr, AZƏRTAC

"Oxbridge Academy" məktəbinin bir qrup şagirdi Qobustan Milli Tarix- Bədii Qoruğunda "Mənim də artıq bir ağacım var" devizi altında təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Qoruqdan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində ərazidə iməcilik həyata keçirilib.
Sonda Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev aksiyada fəal iştiraklarına görə şagirdlərə təşəkkür edib.
Şagirdlərə qoruğun adından “Təşəkkürnamələr” təqdim olunub.

Mədəniyyət 2022-10-01 17:47:00