×
A
A
A
Sazlamalar

Qəbələ şəhərinin küçələrinə asfalt döşənir

Qəbələ, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ şəhərinin küçələrində abadlıq işləri davam etdirilir. Həyata keçirilən tədbirlərə Qəbələ bələdiyyəsi də yaxından qatılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər ərazisində aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Qəbələ bələdiyyəsi tərəfindən Nəsimi və Ümnisə Musabəyova küçələrinə yeni asfalt örtüyü çəkilib. Küçələrin abadlaşdırılması işləri sakinlər tərəfindən razılıqla qarşılanır.

Regionlar 2022-10-01 17:46:00