×
A
A
A
Sazlamalar

Oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayıdır

Bakı, 1 oktyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib.
AZƏRTAC xəbər verir ki, simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən bu ay hər il Azərbaycanda da qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Bu ayın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır.

 

 

Səhiyyə 2022-10-01 16:24:00