×
A
A
A
Sazlamalar

Tbilisidə beynəlxalq turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz mükafatlandırılıblar

Bakı, 1 oktyabr, AZƏRTAC

Tbilisidə keçirilən stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER” turnirində uğurla çıxış edən yeniyetmə idmançılar mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ofisində təşkil olunan tədbirə seçmə komandanın üzvləri və məşqçiləri, federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova qatılıblar.
İdmançıları və məşqçiləri təbrik edən federasiya rəsmiləri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıblar.
Tbilisi turnirində etimadı doğruldan stolüstü tennisçilərə və seçmə komandanın məşqçilər heyətinə hədiyyə və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Gürcüstan paytaxtında keçirilən beynəlxalq yarışda Yağmur Məmmədli 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutublar.

İdman 2022-10-01 15:48:00