Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevin iştirak etdiyi səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub.
Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaq.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar