Nizami rayonunda oğurluqda şübhəli bilinən Mingəçevir sakini saxlanılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Əlahiddə Çevik Polis Alayının və Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bazarda bir qadının çantasından içərisində 220 manat pulu və sənədləri olan, digər qadının isə içərisində 500 manat pulu olan pulqabılarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onda heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb