Gəncədə tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-i saat 01:00 radələrində Gəncə şəhəri ərazisində 1976-cı il təvəllüdlü Fuad Əbdülhəlimovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Aftandil Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fuad Əbdülhəlimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aftandil Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib