Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-u saat 17 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib